Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb: 4 nəfər həyatını itirib
Şəfa Hüseynli
Türkiyənin Ankara əyalətində Kahramankazan rayonunda sərnişin mikroavtobusu yol ötürücüsünə çırpılıb, nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Ankaradan Kızılcahamam istiqamətində hərəkət edən mikroavtobus sürücünün idarəetməni itirməsi və piyada keçidinin dayaq dirəyinə çırpılması nəticəsində yoldan çıxıb.
Bildirilib ki, qəza yerinə çoxsaylı tibb, polis və yanğınsöndürmə qrupları göndərilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma