Almaniya 17-45 yaş arası kişilərin icazəsiz ölkədən çıxmasını qadağan edir
Şəfa Hüseynli
Almaniya hakimiyyəti 17-45 yaş arası bütün kişilərin xaricə uzunmüddətli səyahətə çıxmazdan əvvəl Bundesverdən (Almaniya silahlı qüvvələri) icazə almasını məcburi edib.
Operativ Media xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.
Hesabatda deyilir: "1 yanvar 2026-cı il tarixindən etibarən Almaniyanı üç aydan çox müddətə (istər təhsil, istər iş, istərsə də sadəcə uzun səfər üçün) tərk etməyi planlaşdıran 17-45 yaş arası bütün kişilər Bundesver karyera mərkəzindən xüsusi icazə almalıdırlar".
Qeyd etmək lazımdır ki, bu tələb əvvəlcə yalnız təhlükə və ya müharibə dövründə tətbiq olunurdu. Yeni qətnaməyə əsasən, artıq o, daimi xarakter daşıyır. Dəyişiklik "Hərbi Xidmətin Modernləşdirilməsi haqqında" Qanun çərçivəsində qüvvəyə minib.