Menyu

Əfqanıstanda 6 bal gücündə baş verən zəlzələ nəticəsində səkkiz nəfər həlak olub

Şəfa Hüseynli
Əfqanıstanda 6 bal gücündə baş verən zəlzələ nəticəsində səkkiz nəfər həlak olub

Aprelin 3-də Əfqanıstanın şimalında və Pakistanın qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində Kabil şəhərində ən azı səkkiz nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Alman Geoloji Tədqiqat Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanın Kunduz şəhərindən təxminən 150 kilometr şərqdə, Hinduquş dağ silsiləsində yerləşib.

Təbii fəlakətin gücü Əfqanıstanda, eləcə də Özbəkistan , Pakistan və Hindistanın bəzi yerlərində aydın şəkildə hiss olunub.

Əlaqəli Xəbərlər