Menyu

İranlı general ABŞ və İsrailə hədə-qorxu gəlib

Operativ Media
İranlı general ABŞ və İsrailə hədə-qorxu gəlib

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı, general-leytenant Əli Abdollahi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq, İsrail və ABŞ üçün "cəhənnəm qapılarını açacaqlarına" söz verib.

Operativ Media xəbər verir ki, hərbi komandanın bu bəyanatını IRNA agentliyi yayıb.

"Bu müharibənin başlanğıcından bəri vəd etdiyimiz hər şeyi yerinə yetirmişik və bizim sadə ismarıcımız budur: cəhənnəm qapıları üzünüzə açılacaq", — deyə Abdollahi xəbərdarlıq edib.

O, həmçinin təkrar edib ki, İranın enerji infrastrukturu obyektlərinə endirilən istənilən zərbə İslam Respublikası tərəfindən adekvat cavab tədbirlərinə, o cümlədən regiondakı bütün ABŞ və İsrail obyektlərinə zərbələr endirilməsinə səbəb olacaq. Abdollahinin fikrincə, Trampın ultimatumu sonuncunun "çarəsizliyini və əsəbi gərginliyini" nümayiş etdirir.

Qeyd edək ki, aprelin 4-də ABŞ Prezidenti İranın saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 48 saat vaxtının qaldığını, əks halda İslam Respublikasının "əsl cəhənnəmlə" üzləşəcəyini bəyan etmişdi.

Əlaqəli Xəbərlər