Menyu

Overçuk: Ermənistan Aİ-yə üzv olarsa Rusiya ilə hava əlaqəsi olmayacaq

Operativ Media
Overçuk: Ermənistan Aİ-yə üzv olarsa Rusiya ilə hava əlaqəsi olmayacaq

Avropa İttifaqına (Aİ) üzv olduqda Ermənistanın Rusiya ilə hava əlaqəsi olmayacaq.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Birinci kanal"a bildirib.

Overçuk bunu Rusiya Federasiyasının hazırda Aİ ölkələri ilə aviasiya əlaqəsinin olmaması ilə əsaslandırıb.

Belə ki, buna görə də Aİ-yə üzv olacağı təqdirdə, Ermənistanın da Rusiya ilə hava əlaqəsi olmayacaq.

“Ola bilsin ki, bu, çox sərt səslənir, amma biz istəyirik Ermənistandakı insanlar başa düşsünlər ki, əgər belə bir şey baş verərsə, bu, Avropa İttifaqına yaxınlaşmaq üçün qərarlar verildiyi üçün olacaq”, - Rusiya Baş nazirinin müavini qeyd edib.

Əlaqəli Xəbərlər