Yaponiyanın baş naziri yaxın günlərdə ABŞ və İran liderləri ilə danışmaq istəyir
Yaponiyanın Baş naziri Sanae Takaiti Yaxın Şərqdəki vəziyyətin nizamlanması üzrə diplomatik səylər çərçivəsində yaxın günlərdə ABŞ və İran liderləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə o, parlamentdəki debat zamanı bəyanat verib.
"Hazırda münasib vaxtda liderlərlə dialoq aparmaq üçün hazırlıq işləri görülür. Biz müxtəlif diplomatik addımlar atırıq", – deyə Baş nazir yapon hökumətinin regiondakı vəziyyətlə bağlı atdığı addımlar barədə deputatların suallarını cavablandırarkən qeyd edib. Takaiti vurğulayıb ki, o, hər iki ölkənin lideri ilə ABŞ Prezidenti Donald Trampın İranla saziş bağlanması üçün müəyyən etdiyi müddət başa çatana qədər danışmaq istəyir.
Aprelin 5-də "Axios" portalına verdiyi müsahibədə Ağ Ev rəhbəri aprelin 7-nə qədər İranla sazişin bağlanma ehtimalının yüksək olduğunu bildirib. Bundan əvvəl isə o, "Truth Social" platformasında İranın aprelin 6-na qədər Hörmüz boğazını açmayacağı təqdirdə, bu ölkənin enerji və mülki infrastrukturuna zərbələr endiriləcəyi ilə bağlı hədə-qorxu gəlib.