Menyu

Serbiya qaz kəmərində tapılan partlayıcı maddələrin ABŞ-də istehsal oluna biləcəyini bildirib

Operativ Media
Serbiya qaz kəmərində tapılan partlayıcı maddələrin ABŞ-də istehsal oluna biləcəyini bildirib

Serbiya və Macarıstanı birləşdirən qaz kəmərində planlaşdırılan təxribatın ABŞ istehsalı ola biləcək partlayıcı maddələrlə törədilməsi nəzərdə tutulub.

Operativ Media xəbər verir ki, bu barədə Serbiya Hərbi Təhlükəsizlik Agentliyinin (VBA – hərbi əks-kəşfiyyat) direktoru Curo Jovaniç bəyanat verib.

VBA direktoru mətbuat konfransı zamanı bildirib ki, partlayıcı maddənin üzərindəki markalanma onun Amerika Birləşmiş Ştatlarında istehsal edildiyini göstərir. Jovaniç, həmçinin təxribatın xarici ölkə vətəndaşı tərəfindən planlaşdırıldığını qeyd edib.

Serbiya Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, ölkəni Macarıstanla birləşdirən qaz kəmərinin yaxınlığında böyük miqdarda partlayıcı maddə aşkar edilib. Baş vermiş hadisə təxribat cəhdi kimi tövsif olunub. Axtarış tədbirlərinə 140-a yaxın polis əməkdaşı və hərbi qulluqçu cəlb edilib. Serbiya Prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, partlayıcılar və detonatorlar qaz kəmərindən bir neçə yüz metr aralıda, Velebit yaşayış məntəqəsi yaxınlığında tapılıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə rəsmi Budapeştin bu hadisəni ölkənin suverenliyinə hücum kimi qiymətləndirdiyini bildirib. Nazir vurğulayıb ki, Rusiyadan gələn qazın əsas həcmi məhz bu marşrut vasitəsilə tədarük edilir.

Əlaqəli Xəbərlər