İndoneziyada Semeru vulkanı püskürüb
Şəfa Hüseynli
İndoneziyanın mərkəzindəki Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.
Operativ Media xəbər verir ki, bu barədə "Jakarta Globe" qəzeti məlumat yayıb.
Məlumata əsasən, püskürmədən yaranan kül vulkanın kraterindən 1100 metr və ya dəniz səviyyəsindən 4776 metr yüksəkliyə çatıb.
Nəşr bildirir ki, kül vulkanı orta intensivliklə cənuba doğru yayılır.
Asiya respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi lava və piroklastik axınların (qaz, kül və qayanın isti qarışıqları) riski səbəbindən yerli sakinləri və turistləri kraterdən 8 kilometr radiusda qalmağa çağırıb.