Menyu

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

Operativ Media
Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

Əfqanıstanda şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı azı 99 nəfərə çatıb, son doqquz gündə daha 154 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin nümayəndəsi Yusuf Hammad bildirib.

Onun sözlərinə görə, martın 26-da başlayan şiddətli yağışlar genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə, çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.

Təbii fəlakət 5 min evi tamamilə və ya qismən dağıdıb, 355 kilometr yolu sıradan çıxarıb, əkin sahələrini su altında qoyub və ümumilikdə 8532 ailəyə zərər vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər