Menyu

Reuters: İran və ABŞ Pakistandan atəşkəs planı alıblar

Şəfa Hüseynli
Reuters: İran və ABŞ Pakistandan atəşkəs planı alıblar

İran və ABŞ Pakistan tərəfindən hazırlanmış və təklif olunmuş hərbi əməliyyatların dayandırılması planını alıblar.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters agentliyi" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bütün müddəalar 6 aprelə qədər razılaşdırıla bilər. 

Agentliyin məlumatına görə, sənəd iki mərhələli yanaşmanı nəzərdə tutur: dərhal atəşkəs, ardınca isə hərtərəfli razılaşma. Atəşkəsin Hörmüz boğazından gəmilərin daşınmasının dərhal bərpasına imkan verəcəyi gözlənilir.

Yekun razılaşma 15-20 gün ərzində əldə edilə bilər. Agentlik yazır ki, sanksiyaların yüngülləşdirilməsi və xarici aktivlərinin dondurulmasının ləğvi müqabilində Tehranın nüvə proqramına məhdudiyyətlərin daxil ediləcəyi gözlənilir.

Mənbə qeyd edib ki, ilkin razılaşmalar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında əsas ünsiyyət kanalı kimi xidmət edən memorandum şəklində rəsmiləşdirilə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər