Reuters: İran müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazını açmayacaq
Şəfa Hüseynli
Tehran müvəqqəti atəşkəs müqabilində gəmilərin Hörmüz boğazından sərbəst keçidini bərpa etməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehran həmçinin razılaşma üçün hər hansı son tarixləri də rədd edir. O qeyd edib ki, İslam Respublikası hazırda nəzərdən keçirilən Pakistanın atəşkəs təkliflərini alıb. İran isə ABŞ-ın daimi atəşkəsə razılaşmağa hazır olmadığını iddia edir.