Menyu

İranın cənubundakı daha bir neft-kimya kompleksinə zərbə endirilib

Operativ Media
 İranın cənubundakı daha bir neft-kimya kompleksinə zərbə endirilib

İranın Mərvdəşt şəhərində yerləşən neft-kimya kompleksinə ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumları nəticəsində obyektlərdən birində yanğın baş verib.

Operativ Media xəbər verir ki, Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, yanğın hücumdan bir neçə dəqiqə sonra lokallaşdırılıb.

Hücum sənaye obyektinə ciddi ziyan vurmayıb. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.



Əlaqəli Xəbərlər