Menyu

İran münaqişənin birdəfəlik dayandırılmasını tələb edib

Operativ Media
İran münaqişənin birdəfəlik dayandırılmasını tələb edib

İran müharibənin başa çatması ilə bağlı ABŞ-nin təklifinə 10 maddəlik planla cavab verib.

Operativ Media xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

Bildirilib ki, cavab Pakistan vasitəsilə göndərilib.

Cavab İranın bir sıra tələblərini, o cümlədən bölgədə döyüşlərin dayandırılması, Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid protokolu, İrana hücumlarda dağılmış infrastrukturun bərpası və sanksiyaların aradan qaldırılmasını əhatə edir.

Xəbərdə qeyd edilir ki, “10 maddəlik planın mətni şənbə və bazar günləri İranın qərb və mərkəzi bölgələrində baş verən hadisələrdən və ABŞ-nin helikopter desant əməliyyatının uğursuzluqla nəticələnməsindən sonra təqdim edilib”.

Əlaqəli Xəbərlər