İsrail İranın üç hava limanını vurub
Operativ Media
İsrail Müdafiə Ordusu (IDF) İran ərazisində yerləşən üç hava limanına – Bəhram, Mehrabad və Azmayeşə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail tərəfi sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, hücumlar aprelin 6-na keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı tərəfindən həyata keçirilib.
Məlumata görə, zərbələrin əsas məqsədi İran Hərbi Hava Qüvvələrinin, eləcə də SEPAH-ın aviasiya imkanlarını zəiflətmək olub.
Hücumlar nəticəsində təyyarə və helikopterlər də daxil olmaqla onlarla hava hədəfi, həmçinin hərbi infrastruktur obyektləri məhv edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net