Menyu

Qazaxıstan və Gürcüstan XİN rəhbərləri görüşüb

Şəfa Hüseynli
Qazaxıstan və Gürcüstan XİN rəhbərləri görüşüb

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələləri müzakirə olunub. 

İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər Gürcüstan və Qazaxıstan arasında "Orta Dəhliz"in inkişafında əməkdaşlığı vurğulayıblar.

Görüşün sonunda Xarici İşlər Nazirləri Gürcüstan və Qazaxıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında 2026-2027-ci illər üçün əməkdaşlıq proqramını imzalayıblar.

Rəsmi səfər çərçivəsində Qazaxıstanın xarici işlər naziri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək.

Əlaqəli Xəbərlər