Gürcüstan Prezidenti Qazaxıstan XİN başçısı ilə tərəfdaşlıq münasibətlərini nəzərdən keçirib
Şəfa Hüseynli
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Ermek Koşerbayev ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Gürcüstan və Qazaxıstan Respublikası arasındakı dostluq və tərəfdaşlıq münasibətlərini nəzərdən keçirib və müxtəlif sahələrdə uğurlu əməkdaşlığı vurğulayıblar.
Söhbət zamanı münasibətlərin strateji səviyyəyə qaldırılması ilə bağlı məsələlərə toxunulub.