Nazir Gürlek: İsrail konsulluğu ətrafında silahlı hücumla bağlı araşdırma başlanılıb
Şəfa Hüseynli
Türkiyə Ədliyyə naziri Gürlek Baş Prokurorluğun İstanbuldakı İsrail konsulluğu yaxınlığında baş verən atışma ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"İstanbulun Beşiktaş rayonundakı İsrail konsulluğu ətrafında atışma xəbərləri ilə bağlı İstanbul Baş Prokurorluğu dərhal araşdırma başlatdı.
İstintaqa baş prokurorun müavini və iki dövlət ittihamçısı təyin edilib; dövlət prokurorlarımız dərhal hadisə yerinə gedib araşdırmalara başlayıblar.
"Hadisənin bütün aspektlərinə aydınlıq gətirmək üçün Baş Prokurorluğumuzun müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə koordinasiyası altında işlər davam etdirilir və istintaq diqqətlə və hərtərəfli aparılır". - açıqlamada qeyd edilib.