Menyu

İndoneziya təyyarə hissələrinə sıfır idxal rüsumu tətbiq edib

Şəfa Hüseynli
İndoneziya təyyarə hissələrinə sıfır idxal rüsumu tətbiq edib

İndoneziya hakimiyyəti Yaxın Şərqdəki gərginlik fonunda milli aviasiya sənayesini dəstəkləmək üçün təyyarə hissələrinə sıfır idxal rüsumu tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə Respublikanın İqtisadi İşlər üzrə Əlaqələndirici Naziri Airlanqqa Hartarto bildirib.

"Hökumət təyyarə ehtiyat hissələrinə sıfır rüsum güzəşti təklif edir. Biz aviasiya sənayemizi qorumaq və gücləndirmək istəyirik. Ümid edirik ki, bu güzəşt sənayenin əməliyyat xərclərini də azaldacaq", - deyə o bildirib.

Məlumata görə, 2025-ci ildə İndoneziya təyyarə hissələrinə idxal rüsumlarından təxminən 500 milyard rupiya (təxminən 29,3 milyon dollar) toplayıb.

Əlaqəli Xəbərlər