ABŞ Prezidenti Donald Tramp bu gecə bütöv bir sivilizasiyanın məhv olacağını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında yazıb.
"Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və bir daha geri qayıtmayacaq. İstəməzdim ki, bu baş versin, amma yəqin ki, baş verəcək. Bu gecə dünyanın uzun və mürəkkəb tarixinin ən mühüm anlarından biri ola bilər.
47 illik qəsbkarlıq, rüşvətxorluq və ölüm nəhayət ki, sona çatacaq. Allah böyük İran xalqını qorusun".- paylaşımda qeyd edilib.