Menyu

Ərdoğan İstanbuldakı İsrail konsulluğuna edilən hücumu alçaq bir təxribat adlandırıb

Operativ Media
Ərdoğan İstanbuldakı İsrail konsulluğuna edilən hücumu alçaq bir təxribat adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İstanbuldakı Baş Konsulluğuna edilən hücumu pisləyib və hadisəni "alçaq təxribat" adlandırıb.

Operativ Media xəbər verir ki, o, bu haqda Ankarada "Roketsan" müdafiə korporasiyasının yeni müəssisəsinin açılış mərasimində danışıb.

"Biz bu gün İstanbulda törədilən və qəhrəman təhlükəsizlik qüvvələrimizin uğurlu fəaliyyəti nəticəsində qarşısı alınan alçaq hücumu qətiyyətlə pisləyirik. Hadisə zamanı üç terrorçu zərərsizləşdirilib – onlardan biri öldürülüb, ikisi isə yaralanıb. İki qəhrəman polisimiz yüngül xəsarət alıb. Biz terrorizmin bütün formaları ilə mübarizəni qətiyyətlə davam etdirəcəyik. Bu gün şahidi olduğumuz bu cür alçaq və planlı təxribatlarla Türkiyənin təhlükəsizliyinə xələl gətirilməsinə icazə verməyəcəyik", — deyə o, qeyd edib.

Türkiyə lideri əlavə edib ki, İstanbul Baş Prokurorluğu və kəşfiyyat xidmətləri sözügedən hücumla bağlı təcili araşdırmalara başlayıb.

Əlaqəli Xəbərlər