Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb
Operativ Media
"Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb, 200-dən çox insan xilas edilib".
Operativ Media xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putin ilə regiondakı vəziyyətə dair keçirilən müşavirədə məlumat verib.
"Hazırda Dağıstan Respublikasının 10 yaşayış məntəqəsində 2 000-dən çox ev və həyətyanı sahə su altında qalmaqdadır", - deyə nazir məruzə edib.
Kurenkovun sözlərinə görə, vəziyyətin sürətlə inkişaf etməsinə baxmayaraq, təxliyə vaxtında həyata keçirilib, zərərçəkmiş vətəndaşların qəbulu üçün 55 müvəqqəti yerləşdirmə məntəqəsi açılıb.