İsmayıl Bəqai: 70 illik sinaqoq dağıdılıb
Operativ Media
Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrailin hava hücumlarına məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrail tərəfindən hücuma məruz qalıb, 70 illik sinaqoq dağıdılıb.
İranda yəhudi sinaqoquna edilən hücum, məscidlərə, kilsələrə, məktəblərə, xəstəxanalara, yaşayış ərazilərinə, həmçinin İrandakı sənaye və istehsal infrastrukturuna edilən hücumlar kimi, İranın varlığına, kimliyinə və sivilizasiyasına qarşı yönəlmiş bir cinayətdir", - Bəqai bildirib.