Küveyt höküməti əhaliyə evdə qalmaqları barədə çağırış edib
Operativ Media
Küveyt hakimiyyəti əhaliyə müraciət edərək 8 aprelə keçən gecə evdə qalmaları və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.
Operatv Media xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda məlumat verilib.
Bəyanatda qeyd olunur: "Daxili İşlər Nazirliyi sakinləri 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağa və küçəyə çıxmamağa israrla çağırır".
Nazirlik vurğulayıb ki, bu müraciət insanların təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarının öz vəzifələrini daha effektiv yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.