Menyu

Tokayev Yaxın Şərqdə barışıq təşəbbüsünü dəstəklədiyini açıqlayıb

Operativ Media
Tokayev Yaxın Şərqdə barışıq təşəbbüsünü dəstəklədiyini açıqlayıb

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılığın əldə olunmasını alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Aybek Smadiyarov məlumat verib.

"Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Pakistanın Baş naziri Şahbaz Şərifin və Pakistan Silahlı Qüvvələrinin baş komandanı, feldmarşal Asim Munirin vasitəçiliyi ilə Yaxın Şərqdə tam atəşkəs və barışıq haqqında razılığın əldə olunmasını alqışlayır", — deyə Smadiyarov özünün teleqram kanalında yazıb.

Mətbuat katibi əlavə edib ki, "sözügedən razılaşma ABŞ Prezidenti Donald Trampın, İranın ali rəhbərliyinin və hərbi münaqişəyə cəlb olunmuş bütün ölkələrin xoş niyyəti və müdrikliyi sayəsində mümkün olub". Onun sözlərinə görə, "dövlət başçısı dünya ticarətinin inkişafı və bütün dövlətlərin iqtisadi rifahı naminə əldə olunmuş barışıq razılaşmasının uzunmüddətli olacağına ümidvar olduğunu bildirib".

Əlaqəli Xəbərlər