Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Ər-Riyada səfər edəcək
Şəfa Hüseynli
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Ər-Riyada səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilib ki, Kallas Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl-Səud, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Əl-Budaivi və bir sıra digər regional rəsmilərlə görüşəcək.