Polşa Almaniya və Litva sərhəd yoxlamalarını uzadır
Şəfa Hüseynli
Almaniya və Litva ilə sərhədlərində sərhəd yoxlamaları uzadılıb.
Operativ Media xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər və Administrasiya Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, "Sərhəd yoxlamalarının uzadılması 5 aprel 2026-cı ildən 1 oktyabr 2026-cı ilə qədər qüvvədə olacaq".
Nazirlik əlavə edib ki, "bu qərar qanunsuz miqrasiyaya qarşı mübarizə və daxili təhlükəsizliyə qayğı göstərmək zərurətindən irəli gəlir".
Sərhəd yoxlamaları əvvəlcə Polşanın üzv olduğu pasportsuz Şengen zonası daxilində qanunsuz miqrasiyanın qarşısını almaq üçün 7 iyul 2025-ci ildə tətbiq edilib.