Gürcüstanda son bir həftə ərzində görülən tədbirlər nəticəsində 97 xarici vətəndaş deportasiya edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Miqrasiya Departamenti tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Çin, Misir, Hindistan, Türkmənistan, Pakistan, Keniya, Sudan, Özbəkistan, Filippin, Banqladeş, İordaniya, Rusiya, Somali, Tayland və digər ölkələrin ümumilikdə 97 vətəndaşı ölkədən çıxarılıb.