Türkiyə XİN ABŞ ilə İran arasında əldə olunan atəşkəsdən məmnun olduğunu bildirib
Şəfa Hüseynli
Türkiyə Xarici İşlər Nazirliyi bölgədəki müharibədə elan edilən müvəqqəti atəşkəsi alqışlayıb və tərəfləri razılaşmaya tam əməl etməyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
Bəyanatda qərardan məmnunluq ifadə edilib və atəşkəsin yerində tam şəkildə həyata keçirilməsinin vacib olduğu vurğulanıb.
Bəyanatda münaqişələrə tamamilə son qoymaq üçün diplomatik səylərin vacibliyi vurğulanaraq deyilir: "Ümid edirik ki, bütün tərəflər əldə edilən razılaşmaya əməl edəcəklər. Davamlı sülhə gedən yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad yolu ilə mümkündür".
Davam edən müzakirələrə də toxunulan bəyanatda Türkiyənin Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqların uğurla başa çatması üçün bütün lazımi dəstəyi verməyə davam edəcəyi qeyd edilib.