Tokayev Koreya Respublikası-Orta Asiya birinci sammitində iştirak edəcək
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Koreya Prezidentinin xüsusi nümayəndəsi və Prezident Administrasiyasının rəhbəri Kanq Hun-şiki qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tərəflər qlobal bazardakı mövcud çətinliklər nəzərə alınmaqla enerji, nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi perspektivləri də daxil olmaqla, geniş ikitərəfli məsələləri müzakirə edib.
Həmçinin Tokayev bu ilin sentyabr ayında keçiriləcək birinci Koreya Respublikası-Mərkəzi Asiya Zirvə Görüşündə iştirak dəvətini qəbul edib.