Niderlandın XİN rəhbəri Türkiyəyə səfər edəcək
Şəfa Hüseynli
Niderland xarici işlər naziri Tom Berendsen sabah Türkiyəyə işgüzar səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bu, Berendsenin xarici işlər naziri vəzifəsini icra etməyə başladıqdan sonra Türkiyəyə ilk səfəri olacaq.
Türkiyə xarici işlər naziri Hakan Fidan hollandiyalı həmkarı ilə görüşləri zamanı iki məsələni müzakirə edəcək.
Tərəflər, İran, Ukrayna və NATO əməkdaşlığını müzakirə edəcək.
Həmçinin, Türkiyədə keçirilməsi planlaşdırılan "Türkiyə-Hollandiya Konfransı"nın (Vittenburq Konfransı) 11-ci iclası keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net