Menyu

Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb

Operativ Media
Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"28 fevraldan bəri bölgəmizi döyüş meydanına çevirən müharibədə dünən gecə elan edilən atəşkəsdən məmnunuq. Mümkün təxribat və sabotajlara fürsət verilmədən atəşkəsin sahədə tam şəkildə həyata keçirilməsini arzulayırıq. Başda dost və qardaş Pakistan olmaqla, atəşkəsin əldə olunması prosesinə töhfə verən bütün tərəfləri səmimi-qəlbdən təbrik edirik", - o deyib.

"Müharibə, münaqişə, gərginlik və zülmdən çox əziyyət çəkən bölgəmizin ən qısa zamanda sülhə, əmin-amanlığa və sabitliyə qovuşmasını səmimi qəlbdən arzulayırıq. Türkiyə bölgədə və dünyada sülh üçün səsini ucaltmağa davam edəcək".- Ərdoğan bildirib.

Əlaqəli Xəbərlər