Misir XİN: İsrail regionu xaosa salmaq üçün cəhdlərini davam etdirir
Operativ Media
İsrailin Livana hücumları onun beynəlxalq gərginliyin azaldılması səylərini pozmaq niyyətini əks etdirir.
Operativ Media xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, bu, yəhudi dövlətinin regionu xaosa salmaq üçün yeni bir cəhdidir:
"ABŞ və İranın atəşkəs elan etməsindən sonrakı gün İsrailin kobud qanunsuzluqları regional və beynəlxalq səviyyədə gərginliyin azaldılması, dialoq və diplomatiyanın təşviqi səylərini pozmaq üçün qəsdən edilən hərəkətlərdir. İsrail regionu xaosa salmaq üçün cəhdlərini davam etdirir".