27 Mart 2023, 11:02
İlon Mask 44 milyarda aldığı tviteri 20 milyard dəyərində qiymətləndirir

Amerikalı milyarder İlon Mask keçən il 44 milyard dollara aldığı tviteri 20 milyard dollar dəyərində qiymətləndirib.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumat İlon Maskın işçilərinə göndərdiyi qeyddən mətbuata sızıb.
Mask hazırda şirkətin dəyərinin 20 milyard dolların altında olduğunu bildirib.
Qeyd edək ki, tviterin kəskin devalvasiyası Maskın rəhbərliyə keçirməsindən sonra baş verib.