Menyu

Liviyada yeni neft və qaz ehtiyatları aşkar edilib

Şəfa Hüseynli
Liviyada yeni neft və qaz ehtiyatları aşkar edilib

Liviyanın Milli Neft Korporasiyası (MNK) ölkənin cənub-qərbindəki Qadames hövzəsində yeni neft və qaz yatağının kəşf edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Şirkətin məlumatına görə, quyu 8440 fut dərinliyə qazılıb. İlkin hasilat proqnozlarına görə, "Uinat Wanine" və "Uinat Kaza" laylarından gündə təxminən 13 milyon kub fut qaz və 327 barel kondensat hasil olunacaq.

Qadames hövzəsi Liviya, Əlcəzair və Tunisin sərhəd bölgəsində, Tripolidən təxminən 600–620 km məsafədə yerləşir. Əhəmiyyətli karbohidrogen ehtiyatlarına görə Şimali Afrikanın ən böyük neft və qaz bölgələrindən biri hesab olunur.

Neft və qaz ixracı Liviyanın əsas gəlir mənbəyi olaraq qalır, lakin son illərdə münaqişələr və siyasi qeyri-sabitlik səbəbindən istehsal dəfələrlə pozulub.

Əlaqəli Xəbərlər