Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsinin texniki müayinəsi zamanı partlayıcı maddə qalığı aşkar edilməyib
Operativ Media
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan və 20 əsgərin ölümünə səbəb olan C-130 tipli Türkiyə hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaqla bağlı son hesabat açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, təyyarədən götürülmüş nümunələrdə qalıqların içərisində və xaricində partlayıcı maddə izləri aşkar edilməyib.
Açıqlamada qeyd edilib ki: "Qəza anına qədər uçuş məlumatlarının qeyd edilməsi qurğusunun (FDR) qeydləri uçuş heyətinin danışıqlarında və təyyarənin sistemlərində hər şeyin normal getdiyini göstərirdi. Heç bir nasazlıq aşkarlanmadı. Hadisə qəfil baş verdi; təyyarənin quyruq konusunun gövdədən ayrılması səbəbindən qeyd dayandırıldı və bu da FDR-ə gedən enerji və məlumat kabellərinin qırılmasına səbəb oldu; buna görə də qeyd cihazında qəzaya işıq salacaq heç bir əlavə məlumat yox idi."