Britaniya XİN atəşkəsin Livana da şamil edilməsinə çağırıb
Şəfa Hüseynli
Birləşmiş Krallıq Livanın İranla atəşkəs sazişinə daxil edilməsini dəstəkləyib.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper "Sky News" telekanalına bildirib.
"Dünən İsrailin Livanda şahidi olduğumuz hücumların artmasından dərin narahatlığımı bildirirəm. Biz humanitar nəticələrin, Livanda insanların kütləvi şəkildə didərgin düşməsinin şahidi oluruq. Buna görə də atəşkəsin Livana da uzadılmasını qətiyyətlə dəstəkləyirik", - deyə o bildirib.