Papa XIV Leo gələn həftə Afrikanın dörd ölkəsinə turneyə çıxacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, 10 günlük səfər təxminən 11.000 mil məsafəni əhatə edəcək və Əlcəzair, Kamerun, Anqola və Ekvatorial Qvineyanın 11 şəhərinə baş çəkəcək.
Papanın məqsədi dünya liderlərini Afrika qitəsinə kömək etməyə çağırmaqdır.
Məlumata əsasən, Papalar 1960-cı illərin sonlarından bəri Afrika qitəsini gəzirlər.
Nəşrin məlumatına görə, planetin katolik əhalisinin beşdə birindən çoxu Afrika qitəsində yaşayır.