Menyu

İran Hörmüzdən keçən gəmilər üçün kriptovalyuta ödənişləri tələb edir

Operativ Media
İran Hörmüzdən keçən gəmilər üçün kriptovalyuta ödənişləri tələb edir

İran Hörmüz boğazından keçən gəmi sahiblərindən ödənişləri kriptovalyuta ilə etməyi tələb edib.

Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

İran Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin sədri Həmid Hüseyni bildirib ki, daşınan neftin hər bareli üçün rüsum bir dollar olacaq. Boş tankerlər boğazdan pulsuz keçə bilərlər.

Əməliyyatları nəzarətdən və mümkün sanksiyalardan qorumaq üçün kriptovalyuta ödəniş vasitəsi kimi seçilib. Gəmilər boğazdan keçməzdən əvvəl İran hakimiyyət orqanlarına məlumat verməli və onlardan icazə almalıdırlar. Bu qaydalara əməl etməyən gəmilər "məhv edilə" bilər.

Əlaqəli Xəbərlər