OPEC-in baş katibi və Aİ-nin enerji komissarı qlobal neft bazarını müzakirə ediblər
OPEC-in baş katibi Heytəm əl-Qeys və Avropa Enerji Komissarı Den Yorgensen qlobal neft bazarının vəziyyətini, enerji perspektivlərini və sənayeyə investisiya qoyuluşuna ehtiyacı müzakirə ediblər.
Operativ Media xəbər verir ki, danışıqlar 16-cı OPEC-AB Enerji Dialoqu çərçivəsində baş tutub.
Təşkilatın Baş katibinin qeyd etdiyi kimi, 2005-ci ildən bəri fəaliyyət göstərən OPEC-AB Enerji Dialoqu çoxtərəfli enerji dialoqu və əməkdaşlığı üçün vacib platforma olaraq qalır.
Bəyanatda deyilir: "Bu dialoq OPEC və AB-nin uzun illərdir neft bazarının inkişafı, enerji siyasəti və enerji texnologiyaları kimi müxtəlif vacib enerji məsələlərini müzakirə etdiyi unikal bir platformadır".
Əl-Qeys vurğulayıb ki, OPEC-in digər dialoq formatları kimi, Aİ ilə əməkdaşlığı iştirakçılara dəyişən bazar vəziyyətində hərəkət etməyə kömək edir. O, həmçinin OPEC-in neft bazarının sabitliyini qorumaq öhdəliyini bir daha təsdiqləyib və qlobal enerji tələbatının gözlənilən artımını nəzərə alaraq bütün enerji sektorlarına uzunmüddətli investisiya qoyuluşunun zəruriliyini vurğulayıb.