Menyu

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Operativ Media
AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaxın Şərqdə münaqişədən təsirlənən iqtisadiyyatlara dəstək məqsədilə yeni proqram çərçivəsində 2026-cı ildə 5 milyard avro investisiya yatırmağı planlaşdırır.

Operativ Media bu barədə banka istinadən məlumat verir ki, proqram birbaşa və dolayı təsirlərə məruz qalan ölkələri əhatə edir.

Bu ölkələr sırasında Azərbaycan da yer alır.

AYİB-in diqqəti əsasən İraq, İordaniya, Livan, Qərb Sahili və Qəzzaya yönəlsə də, təsirin yayıldığı qonşu ölkələr; o cümlədən Azərbaycan, Misir, Türkiyə və Ermənistan da proqramın əhatə dairəsinə daxildir.

Qeyd olunur ki, Yaxın Şərqdə davam edən münaqişə artıq bir sıra iqtisadiyyatlara təsir göstərir.

Bu təsirlər ticarət marşrutlarının pozulması, enerji və əmtəə bazarlarında şoklar, investor inamının zəifləməsi və əhali üçün əlavə xərclərin yaranması ilə müşayiət olunur.

Bununla yanaşı, təsirin miqyası vəziyyətin yaxın aylarda necə inkişaf edəcəyindən asılı olacaq.

Əlaqəli Xəbərlər