Eyfel qülləsinin pilləkənlərindən bir parça Parisdə hərraca çıxarılacaq
Eyfel qülləsinin orijinal pilləkəninin bir hissəsi gələn ay Parisdə hərraca çıxarılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, fraqment ziyarətçilərə ikinci mərtəbədən qüllənin zirvəsinə qalxmağa imkan verən spiral pilləkənin bir hissəsi idi. Qəzetin qeyd etdiyi kimi, 1983-cü ildə konstruksiya sökülərək 24 hissəyə bölünüb, onlardan 20-si hərracda satılıb.
Bildiriıib ki, bu parça hərrac evi tərəfindən təklif olunan son fraqment olacaq. 2016-cı ildə pilləkənin hissələrindən biri hərracda rekord qiymətə 611.000 dollara satılıb. Ticarət evinin veb saytına görə, lotun ilkin qiyməti 146.000-176.000 dollar arasında qiymətləndirilir.
Hazırda fraqment 1983-cü ildə əldə edilmiş fransız iş adamına məxsusdur.
Eyfel qülləsi mühəndis Qustav Eyfel tərəfindən layihələndirilmiş və 1889-cu ildə Dünya Sərgisi üçün inşa edilmişdir.