Beynəlxalq aviaşirkətlər İsrailə uçuşları bərpa edir
Operativ Media
Bir sıra beynəlxalq aviaşirkətlər İsrail istiqamətində uçuşların mərhələli şəkildə bərpasına qərar verib.
Operativ Media “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, Macarıstanın "Wizz Air" aviaşirkəti 25 aprel tarixindən etibarən uçuşlarını yenidən həyata keçirməyə başlayacaq. BƏƏ-nin "Etihad Airways" aviaşirkəti isə 15 apreldən etibarən İsrailə reysləri bərpa etməyi planlaşdırır.
Eyni zamanda, Yunanıstanın "Blue Bird Airways" aviaşirkəti 12 apreldən, Böyük Britaniyanın "British Airways" aviaşirkəti isə 1 iyul tarixindən etibarən uçuşlarını yenidən işə salacaq.
Qeyd edək ki, uçuşların bərpası bölgədə təhlükəsizlik vəziyyətinin nisbətən sabitləşməsi fonunda həyata keçirilir.