Malayziya enerji böhranının aradan qaldırılması üçün 1,5 milyard dollar ayıracaq
Şəfa Hüseynli
Malayziya hökuməti ölkənin enerji sektorunu və əhalisini İran ətrafında gərginliyin yaratdığı qlobal enerji böhranının təsirindən qorumaq üçün təxminən 1,51 milyard dollar subsidiya ayırır.
Operativ Media xəbər verir ki, bu barədə " New Straits Times" qəzeti Malayziyanın maliyyə naziri Əmir Həmzə Əzizana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, münaqişə "strateji əhəmiyyətli Hörmüz boğazından keçən nəqliyyatın hərəkətini pozub, neft tədarükündə qlobal məhdudiyyətlərə və dəniz daşımalarının xərclərinin üçqat artmasına səbəb olub".
Maliyyə naziri qeyd edib ki, logistika sığorta haqları 16 dəfə artıb və bu da dünya miqyasında yanacaq qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.