Menyu

Almaniyanın “Eurowings” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib

Operativ Media
Almaniyanın “Eurowings” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib

Almaniyanın “Eurowings” aviaşirkətinə məxsus təyyarə Hamburqda təcili eniş edib.

Operativ Media xəbər verir ki, bu barədə Bild qəzeti xəbər yayıb.

“Airbus A319 tipli təyyarə Hamburqdan Londona uçuş həyata keçirirdi. Lakin bir müddət sonra Bremen üzərində istiqamətini dəyişərək geri - uçuşun başladığı hava limanına qayıdıb”, - məlumatda qeyd olunub.

Məlumata görə, təyyarənin mühərriklərindən biri sıradan çıxıb.

Təyyarə yerli vaxtla saat 14:28-də (Bakı vaxtı ilə 16:28) uğurla eniş edib. Onun göyərtəsində 130-dan çox sərnişin olub və hadisə nəticəsində xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər