Menyu

Ukrayna Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

Operativ Media
Ukrayna Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarını yanacaqla təmin edən Xəzər dənizindəki Rusiyanın iki qazma platformasına zərbə endirib.

Bu barədə Operativ Media Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.

Hərbçilər bildirirlər ki, aprelin 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər şelfində yerləşən obyektlərə hücum edib.

Əməliyyatın Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması strategiyası çərçivəsində həyata keçirildiyi qeyd olunur.

İlkin məlumata görə, zərbə V.Qrayfer adına və Y.Korçagin adına yataqlarda yerləşən buzadavamlı stasionar platformalara endirilib.

Bu obyektlər Xəzər dənizinin şimalında, cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə yerləşir. Platformalar Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin olunmasında mühüm həlqə hesab olunur.

Hərbi komandanlıqdan bildirilib ki, bu cür zərbələr bundan sonra da davam etdiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər