Ana səhifə / Dünya / Fransada hərbi təyyarə qəzaya uğrayıb Fransada hərbi təyyarə qəzaya uğrayıb 10.04.2026, 22:24 Operativ Media Fransanın cənub-şərqində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb. Operativ Media xəbər verir ki, “Cirrus SR-20” təyyarəsi yerli vaxtla saat 09:30 radələrində təlim uçuşu zamanı düşüb.İnsident nəticəsində 2 pilotun yaralandığı bildirilir. Xilasedicilər tərəfindən aşkarlanan zamanı huşları özlərində olub və dərhal xəstəxanaya çatdırılıblar. Qəzanın səbəblərini müəyyən etmək məqsədilə araşdırma başlanılıb.