Menyu

Əfqanıstanda silahlılar parkda ziyarətçilərə atəş açıb

Operativ Media
Əfqanıstanda silahlılar parkda ziyarətçilərə atəş açıb

Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum silahlılar parkda istirahət edən insanlara atəş açıblar.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Matin Kani məlumat verib.

Şahidlərin sözlərinə görə, silahlılar əvvəlcə kişiləri kütlədən ayıraraq onların həyat yoldaşları və uşaqlarının gözü qarşısında güllələyiblər. Qaçmağa çalışan qadınlar da vurulub, qurbanlar arasında uşaqlar var.

Məlumata görə, 7 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bildirilir ki, "Seyid Məhəmməd Ağa" şiə ziyarətgahına ziyarətə gəlmiş şəxslər hücumun qurbanı olublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər