Menyu

27 mindən çox şəxsə Aİ-yə giriş qadağası qoyulub

Operativ Media
27 mindən çox şəxsə Aİ-yə giriş qadağası qoyulub

Yeni sərhəd nəzarət sisteminin tətbiqindən sonra 27 mindən çox şəxsə Avropa İttifaqına giriş qadağan edilib.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat verib.

Bildirilib ki, təxminən 700 nəfər təhlükəsizliyə potensial təhdid kimi müəyyən edilib.

Yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi pasportlara vurulan möhürləri rəqəmsal qeydiyyatla əvəz edir.

Sistem ötən ilin oktyabrında işə salınıb və hazırda bütün Avropa İttifaqı ərazisində, həmçinin Şengen zonasına daxil olan ölkələrdə tam fəaliyyət göstərməyə başlayıb.

Sistem tətbiq olunandan bəri Aİ sərhədindən 52 milyondan çox giriş-çıxış qeydə alınıb.

Əlaqəli Xəbərlər