Sergey Lavrov Ermənistan nümayəndə heyətini ələ saldı
Operativ Media
Moskvada Ermənistan nümayəndə heyəti ilə görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov zarafatla hibrid təhdidlərə qarşı mübarizə üzrə Aİ işçi qrupunun İrəvana gəlib-gəlmədiyini soruşub.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, sual Ermənistan və Rusiya nümayəndə heyətləri Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların mətbuata açıq hissəsinin başlamasını gözləyərkən verilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavab olaraq onların nədən danışdıqlarını başa düşmədiyini deyib.
Lavrovun şərhinin bir hissəsi Rusiya mediasında yer alıb, lakin Ermənistan tərəfinin cavabı barədə məlumat verilməyib.