Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri vəfat edib
Şəfa Hüseynli
Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindoruk müalicə aldığı xəstəxanada vəfat edib.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına Demokrat Partiyasında başlayıb. Bundan sonra Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.